Afaq Gəncəli ən bahalı geyiminin qiymətini açıqladı - fotolar

Afaq Gəncəli ən bahalı geyiminin qiymətini açıqladı -  fotolar
16205 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Afaq Gəncəli geyimlərindən danışıb.

Axşam.az-a açıqlama verən aparıcı ən bahalı libasının qiymətini deyib:

“Bu gün üstümdə ən bahalı amil çantamdır. “Roberto Cavalli”dəndir, qiymətini demək istəmirəm. Əynimdəki digər libasların ümumi qiyməti 900 manatdır. Pulumun çoxunu libaslara xərcləyirəm, alış-verişi sevirəm. Ən bahalı paltarıma 2 min manat vermişəm.
 
Qarderobumdakı ən ucuz geyimin qiyməti 50 manatdır. Brendləri sevirəm. Amma o qədər pulum yoxdur ki, həmişə brend alım. Brend libaslar mənə daha çox hədiyyə verilir”.

Foto: Ramin ASLANOV