"O xanıma hörmət etmirəm" - Kənan+fotolar

"O xanıma hörmət etmirəm" -  Kənan+fotolar
20329 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Kənan M.M. bir müddət əvvəl təqdim etdiyi “Qayıdış” filmindən bəhs edib.

Axşam.az-a açıqlama verən rejissor yeni işindən razı qaldığını və uğur qazandığını deyib:

“10 illik müalicədən çıxan biri kimi özümü gümrah hiss edirəm. Hər yerdə şahidi oldum ki, tamaşaçı bəyəndi. Hətta bir neçə dəfə başıma papaq qoyub, özümü tanınmaz hala salıb, zala girib insanlarla birlikdə baxıb, təəssüratları izlədim. Mən bir iş görəndə özümü tamaşaçının yerinə qoyuram ki, “Görəsən, mən bu filmə baxaram?”. Bilirdim ki, ağlamaq olacaq. Kinoteatrları təmizləyən xanım deyir ki, “Seansdan sonra zaldan ancaq kağız salfet yığırıq”. Ekran işində yer alan Günəş (aktrisa Günəş Mehdizadə - red.) xanıma dedim ki, “Halal olsun sənə. Bundan sonra məni saymasanız, incimərəm”. Obrazı gözəl oynayıb”.

Kənan M.M. tənqidlərə əhəmiyyət vermədiyini bildirib:

“Bir nəfər tənqid etdi: “Kənan təpik atdı”. Bu tənqidi deyən xanıma hörmət etmirəm. Onun varlığı ilə yoxluğu mənim üçün sıfra bərabərdir. Həmin xanıma dəvətnamə verməmişdim, gəlib filmə ayaqüstə baxıb. Layiq olduğu yerdə durub. O xanımın bəyənmədiyi filmi indi Türkiyədən almaq istəyirlər”.

Rejissor müğənni xanımı Aygün Mahmudova ilə bağlı verilən “Aygün xanım niyə gündəmdən uzaqdır” sualına belə cavab verib:

“Üç uşağınız olsa, bilərsiniz Aygün xanım niyə görünmür”.

Foto: Ramin ASLANOV