Havaların dəyişəcəyi ilə bağlı xəbərdarlıq

Havaların dəyişəcəyi ilə bağlı xəbərdarlıq
7780 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Mayın 7-dən 9-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.