Rövşanə Ağasəfqızı üçün özəl gün

Rövşanə Ağasəfqızı üçün özəl gün
4415 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün ANS-in aparıcısı Rövşanə Ağasəfqızının ad günüdür.

Təəssüratlarını Axşam.az-la bölüşən aparıcı təbriklərindən danışıb:

“İlk təbriki saat 12-yə 5 dəqiqə qalmış gəlinimiz tərəfindən almışam, Daha sonra qızım və dəyər verdiyim, sevdiyim insanlar zəng elədilər. Yaş üstünə yaş gəlir, ömür keçir. Əsas odur ki, optimist olasan, ruhun cavan qalsın, ətrafında gözəl insanlar toplaşsın. Hələ yaşa təslim olmuram”.

R.Ağasəfqızı özəl gününü dostları ilə birlikdə qeyd edəcəyini deyib:

“Bu günü dostlarım və sevdiklərimin əhatəsində keçirəcəm. Şəhər restoranlarının birində kiçik yığıncaq etmək istəyirəm. İlk hədiyyəmi qızımdan almışam. Əsas hədiyyələr axşam olacaq (gülür)”.