İbrahim 1 ay ərzində transplant olmalıdır - ödəniş üsulları

İbrahim 1 ay ərzində transplant olmalıdır - ödəniş üsulları
2475 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi İbrahim Fərhadlı yanvar ayında imtahan üçün İstanbulda olarkən halı pisləşdiyi üçün xəstəxanaya qaldırılmış və ona leykoz (kəskin limfoblastik leykoz) diaqnozu qoyulmuşdu.
 
3-cü kimyaterapiya seansı yekunlaşan İbrahimin sağlamlığına qovuşması üçün transplant qərarı verilib və tarix may ayının sonu olaraq təyin edilib.

Xəbərin alındığı yanvar ayından bəri bir çox tədbir keçirilib; həm Bakıda, həm də İstanbulda konsertlər, xeyriyyə yarmarkaları, teatrlar keçirilib.
 
Bütün bu səylərlə İbrahimin uzun və bahalı müalicəsi həyata keçirilib. 26 mayda xəstəxanaya geri qayıdacaq İbrahimi müalicənin ən ağır hissəsi – sümük iliyi transplantı gözləyir.

Qeyd edək ki, ilik transplantı və ya sümük iliyi nəqli uyğun donorun onurğa iliyindən kök hüceyrələrin pasientə qan yolu ilə nəql olunmasıdır. Donor ehtiyacı olanların 70%-i uyğun donorun tapılmamasından əziyyət çəkirlər. Xoşbəstlikdən İbrahimin qardaşının toxumaları onunla 100% uyğun gəlir. İndi transplantın baş tuta bilməsi üçün İbrahimin ailəsi əskik qalan 50 min ABŞ dollarını təcili olaraq toplamağa çalışır. Xeyirxah insanların hər birini İbrahimə kömək olmağa çağırırıq.

Əlaqə üçün: İbrahimin qardaşı Mikayıl 070 2011530
Atası Tərlan 070 6653711

Ətraflı məlumat: www.facebook.com/groups/ibrahimedestekol
www.ibrahimedestekol.com
 
Ödəniş üsulları şəkillərdə