"İşlərim yaxşıdır, vəzifəmin başındayam" - Leyla

"İşlərim yaxşıdır, vəzifəmin başındayam" -  Leyla
3492 dəfə oxunub
  • A-
  • A
  • A+
Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru, müğənni Leyla Ramazanova Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən töhmət almasına münasibət bildirib.

Axşam.az xəbər verir ki, ifaçı "Report"a açıqlamasında bunu normal qarşıladığını deyib:

"Fevralda işimdə olan nöqsanlarla bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində töhmət almışam. Hər işdə xırda nöqsanlar olur. Hazırda işlərim yaxşıdır, vəzifəmin başındayam".