Dünən ən çox hansı serial izlənildi? - reytinq sıralaması

Dünən ən çox hansı serial izlənildi? - reytinq sıralaması
6930 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə telekanallarında iddialı serialların yayımlandığı cümə axşamının reytinq nəticələri bəlli olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünənin nəticələri elə də təəccüblü və gözlənilməz olmayıb. Total, yəni ümumi reytinqdə keçən həftə "Survivor"a uduzan "Kurtlar Vadisi Pusu" yenidən liderliyi ələ alıb. Amma bunu "Survivor"un dünən yayımlanmaması ilə də əlaqələndirmək olar.

Mövsümün ən bahalı serialı olan "Kösəm Sultan" isə ümumi reytinqdə sadəcə 3 pillə irəliləyərək yenə də aşağılarda, 19-cu yerdə qərarlaşıb. AB reytinqdə isə həftələrdir seriallar arasında lider olan tarixi ekran işi bu həftə "Kördüğüm"ə uduzub.