"Xəzər FM" müğənninin bahalı eynəyini hədiyyə verəcək

"Xəzər FM" müğənninin bahalı eynəyini hədiyyə verəcək
1690 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər FM”də yayımlanan “Əhməd haradadır?” adlı verilişdə yenilik olub.

Axşam.az-ın məlumatına görə, bundan sonra proqrama qonaq olacaq müğənnni özü ilə bir aksesuarını da efirə gətirəcək.

Verilişin bugünkü qonağı müğənni Vasif Məhərrəmlidir. Hazırda davam edən canlı yayımda sənətçi pərəstişkarlarına “Bakılı qız” mahnısı neçənci ildə işıq üzü görüb” sualını ünvanlayıb.

Suala düzgün cavab verən V.Məhrrəmlidən brend eynək qazanacaq.

Qeyd edək ki, Əhməd Mustafayevin aparıcılıq etdiyi "Əhməd hardadır?" verilişini saat 14:00-dan 103 FM-də dinləyə bilərsiniz.