Bakıda “Korloff mariage” butiki açıldı – fotolar

Bakıda “Korloff mariage” butiki açıldı –  fotolar
5758 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda dünyanın məşhur “Korloff” brendinin yeni butikinin açılışı olub.

Axşam.az-ın məlumatına görə, on ildir Azərbaycanda fəaliyyət göstərən brendin növbəti butiki yeni formatdadır. Belə ki, sözügedən “Korloff mariage” adlı mağaza toy konseptindədir. “Korloff”un dünyada  cəmi beş ədəd belə mağazası mövcuddur: Ciddə, Dubay, Doha, Küveyt və Bakıda.

Lüks təbəqəyə aid olan “Korloff” brendinin yeni konseptini Bakıda müştərilər rahat əldə edə bilərlər. Ailə qurmağa hazırlaşan gənclər istədikləri ölçüdə, səviyyədə zinət əşyalarını məhz burada tapacaqlar.

Qiymətlər isə çox münasibdir. “Korloff mariage”in əsas özəlliyi də qiymətlərin münasib olmasıdır.

Mağazada gündəlik, gəlinlik dəstləri, nişan üzükləri var. Burada təkcə xanımlar yox, kişilər üçün də zinət əşyaları mövcuddur. Kişilər saatlar, qol düymələri, açarlıqlar və qələmlər əldə edə bilərlər.

“Korloff mariage” butikində eyni zamanda parfümlər də satılır. Bu ətirləri yalnız “Korloff” butiklərindən əldə etmək mümkündür. İki seriyada təqdim edilən ətirlər daha qalıcı və cazibədar qoxudadır.

Ünvan: Üzeyir Hacıbəyov 37/43

Tel.:  (012) 498 96 40

İnstaqram: @korloff_mariage