Beren Saatın “oğlu” ola bilmədi - foto

Beren Saatın “oğlu” ola bilmədi - foto
24750 dəfə oxunub
  • A-
  • A
  • A+
Star TV-də yayımlanan "Muhteşem Yüzyıl Kösem"in yeni mövsüm çəkilişlərinə start verilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda Kösem Sultanın oğlu 4-cü Murad obrazını canlandırmaq üçün aktyor Engin Akyüreke təklif olunub. Lakin Kösem Sultanının aktrisası Beren Saat bu təklifə etirazını bildirib.
 
"Fatmagülün suçu ne?" serialında ər-arvad rolunu oynamışq. İndi Enginin anası obrazında olsam, bu inandırıcı olmayacaq" deyən aktrisa  Akyürekin seriala daxil olacağı təqdirdə "Muhteşem Yüzyıl Kösem"dən ayrılacağını bildirib. Rejissor aktrisanın fikri ilə razılaşmaq məcburiyyətində qalıb.