"Yaprak dökümü"nün "Leyla"sı yeni serialdan çıxarıldı

"Yaprak dökümü"nün "Leyla"sı yeni serialdan çıxarıldı
7205 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçən ildən adı çəkilən "Bəyaz gecə" serialı ilə bağlı qalmaqallar bitmir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialın baş rolu üçün Birkan Sokullu nəzərdə tutulsa da, sonra aktyor "Hayat şarkısı" ilə ekranlara gəlmiş, yaradıcı heyət onun yerinə Kadir Doğulu ilə razılaşmışdı.

Bir neçə həftə əvvəl "Kösəm sultan"dan ayrılan Kadirin tərəf müqabili kimi isə Gökçe Bahadır nəzərdə tutulmuşdu. Həətta onlarla ilk görüş də keçirilmiş, ilkin müqavilə bağlanmışdı. Lakin sosial mediada cütlüyün bir-birinə yarışmadığını iddia edənlərin çoxalmasından sonra Gökçe serialdan çıxarılıb.

Onun yerinə aralarında Hazar Ergüçlü də olan bir neçə aktrisanın namizəd olduğu deyilir.

Qeyd edək ki, G.Bahadır "Yaprak dökümü"ndəki Leyla obrazından sonra məşhurlaşmışdı.