Xalq artisti konsert verdi - fotolar

Xalq artisti konsert verdi - fotolar
3924 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 23-də Beynəlxalq Muğam Mərkəzində tanınmış qarmon ifaçısı, Xalq Artisti Ənvər Sadıqov “Təəssürat” adlı konsert proqramı ilə çıxış edib.

Axşam.az xəbər verir ki, “Qaytağı” instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsertdə Azərbaycan ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib. Sənətkar tərəfindən məharətlə ifa edilən “Üç gündən bir, beş gündən bir”, “Arı uçuşu”, “Ay nanə”, “Vals papuri”, “Uzun dərə”, “Şalaxo”, “Lay-lay”, “Samba”, “Naxçıvan”, “Təəssürat”, “Nueva”, “Çahargah rapsodiyası”, “İthaf” və başqa əsərlər yerli və xarici tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertdə sənətkarı Əməkdar artistlər Ələkbər Ələkbərov (tar), Emil Həsənov (bas-gitara), Emil Əfrasiyab (piano) müşayiət edib.(AZƏRTAC)