"Xaricdə ulduz olacam" deyənlərə inanmayın" - Nigar Camal

"Xaricdə ulduz olacam" deyənlərə inanmayın" -  Nigar Camal
1981 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2011” qalibi Nigar Camal əməkdar artist Tünzalə Ağayevanın onun ünvanına dediyi “tənbəlləşib” sözlərinə cavab verib.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində T.Ağayavea ilə bağlı bunları deyib:

“Tənbəlləşməmişəm, sadəcə üç ölkə arasında qalmışam. Mənim üçün çox çətindir. Londona gedəndə övladlarımla vaxt keçirirəm. Mən anayam, iki qızım böyüyür. Onların yanında olmalıyam”.

N.Camal yerli müğənnilərin xaricdə tanınmaq istəyindən bəhs edib:
 
“Kim deyirsə, xarici ölkədə ulduz olacam, inanmayın. Bu, mümkünsüzdür. Orada tanınmaq üçün uzun vaxt lazımdır. Mən 15 yaşında deyiləm axı. Mənim üçün Rusiyada və ya Türkiyədə tanınmaq yaxşı olardı. Rusiyada tanınmaq üçün gərək orada yaşayasan. Türkiyədə isə ya dayanmadan işləməlisən, ya da hansısa layihənin qalibi olmalısan”.