Aygün Kazımova Nabranda şou göstərəcək

Aygün Kazımova Nabranda şou göstərəcək
2222 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova növbəti konsertinə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, müğənninin növbəti çıxışı iyunun 18-də Nabranda “El Faro” İstirahət Mərkəzində baş tutacaq.

 A.Kazımova gecədə sevilən və yeni mahnılarını səsləndirəcək, əsl şou nümayiş etdirəcək. Müğənnini səhnədə 10 peşəkar rəqqas müşayiət edəcək.

Saat 21:00-da başlayacaq konsertin hazırlıq işlərinə artıq start verilib. Yayın ən möhtəşəm gecəsində səhərə qədər Dj Roşka qonaqlara musiqi dolu anlar yaşadacaq.

Konsertə biletin qiyməti 55 və 105 (yemək servisi daxil) manatdır.

Biletləri bu nömrələrdən əldə edə bilərsiniz: (012 598 87 87), (050 486 87 77)