Nazim xanımı ilə ad günündə - fotolar

Nazim xanımı ilə ad günündə -  fotolar
6512 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Hacı Nazim Məmmədov xanımı Gülnarla birlikdə ad günü mərasiminə qatılıb.

Axşam.az-a açıqlama verən ifaçı qısqanclıqdan, həyat yoldaşı ilə nadir hallarda tədbirlərə qatılmasından danışıb:

"Şou tədbirlərinə xanımımla çox qatılmıram. Bu cür tədbirlərə yaraşdırmadığım üçün yox, rahat olmuram. Dost məclisində qonaqları yerləşdirirəm, kömək edirəm, xanımım isə tək qalır. Natavan Həbibinin ad gününə, Nigar İbrahimovanın və Leyli İsrafilovanın toyuna bir qatılmışıq. Çox nadir hallarda həyat yoldaşımla birlikdə görünərəm.

Sevgidə qısqanclıq hər zaman olur. Bizim aramızda buna səbəb yaranmır, hüzur içində yaşayırıq. Amma etiraf edim ki, qısqancam".

Foto: Ramin ASLANOV