"Dostluq edərəm, amma sevmərəm" - Könül+fotolar

"Dostluq edərəm, amma sevmərəm" -  Könül+fotolar
7099 dəfə oxunub
  • A-
  • A
  • A+
"Xəzər" telekanalının aparıcısı Könül Muxtarova ad gününü qeyd edib.

Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisə aparıcının yaxınları, tanınmış simalar qatılıb.

"Yaşımı gizlətmirəm. 27 yaşım tamam olur. Artıq 30-a yaxınlaşıram, amma bunu özümə kompleks etmirəm. Üç il sonra qızımın 6 yaşı olacaq. Mən artıq məktəbli anası olacam” - deyə K.Muxtarova bildirib.

Şəxsi həyatından danışan K.Muxtarova sevgi yaşamadığını, övladını tək böyütdüyünü deyib:

“Mənim özəlim ailəmdir. Əks cinslə dostluq edərəm, ancaq sevmərəm. Güvənimi itirmişəm. Bir dəfə yanıldım. Bununla belə, “Heç vaxt, heç vaxt demə” deyimindən də qorxuram. Allah yetirəcəksə, xeyirlisindən yetirsin. Heç bir xanım tək olmağı arzulamaz. Mən balamı tək böyüdürəm. Şükür ki, Allah ruzimi yetirir”.

Könülün sözlərinə görə, sentyabrdan etibarən tam fərqli formatda tamaşaçı qarşısına çıxacaq:

"Maraqlı olacaq. Əsas odur ki, aparıcı özünü fərqli göstərə bilsin. Fərqli bir sahədən bəhs edən veriliş aparacağam. Bu mənim üçün ilk olacaq".

Fotoları Ramin Aslanov lentə alıb.