Kənan və Sinem 7 milyonluq müqavilə bağladı

Kənan və Sinem 7 milyonluq müqavilə bağladı
7380 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 14-də ailə quran aktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobala çoxlu reklam təklifi gəlir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məşhur brendlərin hədəfə aldığı ikili sürpriz müqaviləyə imza atıb. Yeni evlilər qarşıdakı günlərdə bir məişət əşyası firmasının reklamı üçün kamera qarşısına keçəcəklər.

Onlar bu reklamdan 7 milyon lirə (təxminən 3,5 milyon manat) qazanacaqlar.

Qeyd edək ki, digər məşhur cütlük Beren Saat və Kenan Doğulu birgə reklama çəkilərkən 2,5 milyon lirə qazanmışdılar.