“Ağsu aşırımı" bağlandı - fotolar

“Ağsu aşırımı" bağlandı -  fotolar
1254 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsinin- 14 kilometrlik “Ağsu aşırımı”nın təmiri işlərinə başlanılıb.

Bu barədə Axşam.az-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, uzun müddətdir ki, təmir olunmadığından və intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr yaranıb. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə yolun 80 min kvadratmetrdən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.

Burada həmçinin yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi işləri də aparılır.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Təmirlə bağlı “Ağsu aşırımı” ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılıb. Sürücülərdən məhdudlaşdırmanın tətbiqi müddəti ərzində alternativ olaraq Muğanlı-İsmayıllı, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və bu yollara birləşən digər avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.