"Heç kim deyə bilməz ki, Ayseli hovuzda görmüşəm" - fotolar

"Heç kim deyə bilməz ki, Ayseli hovuzda görmüşəm" -  fotolar
6831 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Aysel Əlizadə son günlər qatıldığı bütün tədbirlərə ağ libas geyinir.

Axşam.az-a açıqlama verən ifaçı bu seçimini arıqlaması ilə əlaqələndirib:

“Son günlər ağ rəngə meyilli olmuşam. Həm arıqlamışam, həm də yay gəlib”.

Aysel deyib ki, istirahət üçün Maldiv adalarına və ya Sinqapura yollanmaq istəyir:

"Malidivin dənizini, qumunu sevirəm. Hovuz xoşlamıram, yalnız dənizdə çimməyi sevirəm. İllərdi istirahətə gedirəm, heç kim deyə bilməz ki, Ayseli hovuzda görmüşəm".

A.Əlizadə fobiyasını da açıqlayıb:

“Böcəyə, balaca həşəratlara qarşı fobiyam var. Onların “vızıltısı”nı eşidəndə hətta xəstəlik də tapa bilərəm”.

Fotoları Ramin Aslanov lentə alıb.