"Mənə bu həyatda yaşamaq çətindir" - fotolar

"Mənə bu həyatda yaşamaq çətindir" -  fotolar
4316 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Allahverdi klassik mahnılara müraciət etməsini irad tutanlara cavab verib.

Axşamş.az-a açıqlama verən sənətçi yerli şou-biznesi xarici estrada ilə müqayisə edib:

“Xarici şou-biznesə nəzər salsaq, görərik ki, müğənnilər tez-tez belə addımlar atırlar. Elə mahnılar da hər zaman dəbdə olur. Biz də müharibə şəraitində yaşayırıq, əsgər qurban veririk. Mən də onlara dəstək olaraq, “Siravi Əhməd” oxudum. Belə vətənpərvər mahnılar tez-tez oxumalıyıq ki, insanlarda ruh yüksəkliyi yaradaq”.

S.Allahverdi solo konsertə hazırlaşması xəbərini verib:

"Açıq havada konsert düşünürəm. Tamaşaçılarımın qarşısında maraqlı çıxışım olacaq. Mən dediyimi edən ifaçıyam. “Dostum” adlı daha bir mahnı oxuyacam. Muxtar Abseynovla duetimiz olacaq”.

Bütün günü idman edən S.Allahverdi "Sosial şəbəkədə hələ az paylaşımlar edirəm. Bütün günü idman edirəm. Vaxtımın çoxunu ona ayırıram. Əgər müğənni olmasaydım, idmançı olardım" deyə, bildirib.

Müğənni həyatda qarşılaşdığı çətinlikləri dilə gətirib:

"Mən süniliyi sevmirəm. Evdə ancaq təbii, dibçək gülləri var. Dəniz kənarına gedir, quşların səsinə qulaq asıram. Təbiiliyə çox üstünlük verirəm. İnsanlarda da süniliyi qəbul edə bilmirəm. Düzgünlüyü sevirəm. Ona görə də mənə bu həyatda yaşamaq çətindir. Hərdən deyirlər ki, sərbəst yaşa, amma bacarmıram".

Foto: Ramin ASLANOV