"Uşaq aktyorlar cinsi istismar edilir" - qalmaqal

"Uşaq aktyorlar cinsi istismar edilir" - qalmaqal
4794 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Elaycah Vud Holivudda yetkinlik yaşına çatmamış aktyorların cinsi istismara məruz qaldığını iddia edib.

Axşam.az-ın məlumatına görə, “Üzüklərin sahibi” ("The Lord of the Rings") filmlərinin "Frodo"su olan aktyor "Sunday Times”a verdiyi açıqlamasında uşaqların film sektorundan müxtəlif adamlarla cinsi əlaqədə olduqlarını və bunun artıq sistem şəkli aldığını bildirib.

8 yaşından Hollivud filmlərində yer alan aktyor anasının sayəsində cinsi istismardan qorunduğunu, bir çox uşağın isə istismar qurbanı olmaqdan canlarını qurtara bilmədiklərini deyib:

"Qurbanların səsi güc sahiblərindən az olduğu üçün cəmiyyət onları eşitmir".

Azyaşlı aktyorları cinsi istismardan qorumaq üçün yaradılmış qurumun təşkilatçılarından olan Anna Henri söyləyib ki, Hollivudda 100-ə yaxın uşaq bu problemdən əziyyət çəkir.

Elaycah Vud öz Tvitter hesabında isə bunları qeyd edib: 

"Bu dediklərim mənim şəxsən şahid olduğum hadisələr deyil, baxdığım sənədli filmlər və bu mövzudakı araşdırmalar nəticəsində gəldiyim qənaətdir. Bütün hallarda bu məsələ araşdırılmalıdır“.

Elayca Vud və Leonardo DiKaprio