Teatr kollektivi Masallıda

Teatr kollektivi Masallıda
386 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrı Masallı rayonunda çıxış edib.

Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası Masallı rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub.

“Dəcəl çəpişlər” tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından olan Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunmasından bəhs edib.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada rolları Güldanə Əzimova, Ağaxan Şərifov, Gülçöhə Abdullayeva, Şaban Cəfərov, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva və Gülnarə Əzizova ifa ediblər.