"1 milyon versələr də, xaricdə toy aparmaram" - əməkdar artist

"1 milyon versələr də, xaricdə toy aparmaram" -  əməkdar artist
1336 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Yusif Mustafayev xarici ölkələrdən gələn toy təkliflərindən imtina etdiyini deyib.

Axşam.az-ın məlumatına görə, müğənni “5/5” verilişində aparıcı Zaur Kamalın bununla bağlı suallarını cavablandırıb:

“1 milyon versələr də, xaricdə toy aparmaram. O pulu nə edirəm? Təyyarəyə minəndə təzyiqim qalxacaq, həyəcan keçirəcəm, qorxacam. Sağ-salamatam, şəkərim də yoxdur. Gedib orada milyonu alacam, şəkər xəstəliyi tapacam. Nəyimə lazımdır? Burada qazandığıma min bərəkət. Azərbaycanın torpağından gələn pula qurban olum”.