Türkiyəli müğənninin xanımı döyüldü

Türkiyəli müğənninin xanımı döyüldü
19515 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Serdar Ortaçın model xanımı Kloe  Lougnan ötən həftə iş üçün ABŞ-a səfər edib. Ancaq irlandiyalı modelin gözəl başlayan iş səfəri pis nəticələnib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağzı, gözaltı nahiyəsi, burnu və gicgah sümüklərində yaralar olan Lougnan, yıxılaraq, bu hala düşdüyünü söyləmişdi.  Ancaq ABŞ-dan gələn iddialar, onun yalan danışdığından xəbər verib.

Deyilənə görə, model iş görüşməsindən sonra yoldaşları ilə gecə klubuna gedib. Onun yanında qısa zamanda tanış olduğu kişi dostları olub. Qrupda olan amerikalı yoldaşlarından biri spirtli içkini çox qəbul edib və əlini modelə toxundurub. Lougnan onun bu hərəkətindən qəzəblənib, əli ilə sərxoş dostunu itələyib. Ayağı büdrəyib yerə düşən sərxoş amerikalı, hirslə ayağa qalxıb modelə yumruq atıb. Yazılanlara görə, Kloe başına gələni ərindən gizlətmək üçün yıxıldığını deyib.

İrlandiyalı modelin hadisədən sonra çəkilən fotosu, onun zərbə aldığı iddiasını təsdiqləyib.

Modelin fotosu sosial şəbəkədə paylaşılan zaman, idmanla məşğul olanların əksəriyyəti belə bir şərh yazıb:

"İllərlə kikboksla məşğulam, bu vəziyyəti yaxşı bilirəm. Bunun yıxılmaqla əlaqəsi yoxdur. Üzündə zərbə izləri var".

Xatırladaq ki, hadisə baş verən zaman, həyat yoldaşının yıxıldığına inanan S.Ortaç "şişirdiləcək bir şey yoxdur" deyə, açıqlama vermişdi.