Yağlı saçlardan necə azad olaq?

Yağlı saçlardan necə azad olaq?
23717 dəfə oxunub
  • A-
  • A
  • A+

Yağlı saçlarla bir çox xanımlar mübarizə aparır.

Axşam.az xarici mətbuata istinadən evdə asan və ucuz başa gələn tərifi təqdim edir:
 
1. Saçlarınıza toxunmayın
 
Yağlı saçlar sizə "mənə toxunma" deyir. Bu doğrudur, saçlarınıza toxunmayın. Əllərinizi rahatca saçlarınızın arasına apararaq, geri itələməyin və saçlarınızla oynamayın. Çünki saçlarınıza hər toxunuşda yağ toxuması hərəkətə keçir.
 
2. Aloe Vera
 
Bərabər miqdarda (bir xörək qaşığı) aloe vera və yüngül bitki şampununu qarışdırın. Dairəvi hərəkətlərlə baş dərinizi bu qarışıqla masaj edin. Dırnaqlarınızı saç dərisinə sürtməyin.

Beləliklə, həm zərərli toksinlərdən uzaq olun, həm də kirlərdən xilas olun. Bunu həftədə 3 dəfə, yaxud hər gün edin, gözəl nəticə əldə edəcəksiniz. 
 
3. Nəmləndirin
 
Amla və Shikakaidən (hind bitkisi)  istifadə etsəniz, pH səviyyəsini (suyun qida dəyərinin göstəricisidir) tarazlayaraq, saçınızı yumşaldacaqsız.
 
4. Zülal
 
Saçlarınızın yağ tarazlığını təmin etmək üçün yeməyinizə diqqət etməyiniz lazımdır. Hormonlar saçlarınızın yağlı və quru olmasında böyük əhəmiyyət daşıyır.  Yağlı və şəkərli yeməklər hormonlara təsir edərək, yağ toxumalarını hərəkətə gətirir. Əldə edilən nəticələrə görə, tərkibi zülaldan ibarət olan qidalar yağ toxumalarının aktiv çalışmasının qarşını alır.

5. Limon suyu
 
Limon suyu toksinləri təmizləyərək, saçların yağ nisbətini təmin edir. Yaşıl limon pH səviyyəsini tarazlaşdırır. Dərinin yaxşılaşmasına kömək edir. Limon suyunu su ilə  qarışdırın və şampundan sonra saçınızı yaxalayın. Saçlarınızdakı yağlılıq bir müddət sonra yox olacaq.
 
6. Stressdən qaçın
 
 Stressin saç və dəri üzərində təsiri çox böyükdür. Stress vəziyyətində olarkən, hormonların fəaliyyəti də dəyişir. Yağlılıq sürətlə artır. Yürüş, rəqs, musiqi dinləmək, sağlam yeməklərdən sonra saçlarınız daha az yağlanacaq.