Modeli bu fotosuna görə əsəbiləşdirdilər

Modeli bu fotosuna görə əsəbiləşdirdilər
8481 dəfə oxunub
  • A-
  • A
  • A+
“Star Trek” filminin aktyorları ilə görüşmək üçün Los-Ancelesə gedən türkiyəli model Özge Ulusoy təyyarədə “Oskar” mükafatçısı Forest Ultakerlə qarşılaşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model aktyorla fotosunu sosial şəbəkədə paylaşaraq, yanına, "Mən onunla foto çəkdirərkən, bir əcnəbi turist  “Miss Ulusoy” deyə yanıma gəlib şəkil çəkdirmək istədi" şərhini yazıb. İzləyicilərdən birinin "Hansı filmə görə “Oskar” aldığını internetə baxmadan cavab verə bilməzsən" şərhi modeli özündən çıxarıb. Dərhal izləyicini “qara siyahı”ya atan Özge, onu tənqid atəşinə tutub.