Məşhurlar bu konsertdə bir araya gələcəklər

Məşhurlar bu konsertdə bir araya gələcəklər
1272 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 26-da “Ulu torpağım, Azərbaycan” adlı konsert proqramı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında baş tutacaq tədbirdə xalq artistləri Mələkxanım Əyyubova, Mübariz Tağıyev, əməkdar artistlər İlqar Muradov, Yusif Mustafayev, Sevinc Sarıyeva, müğənnilər Könül Kərimova, Samir Piriyev, Mətanət Əsədova, Nadir Qafarzadə, Sevda Yahyayeva, Yaşar Yusub və başqaları çıxış edəcəklər.

Saat 19:00-da başlayacaq konsertə biletlərin qiyməti 10 manatdan 40 manata kimidir.