Rəqsanədən ad gününə özəl fotosessiya

Rəqsanədən ad gününə özəl  fotosessiya
7339 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Rəqsanə İsmayılovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, 37 yaşı tamam olan ifaçı özəl gününü yaxınları ilə birlikdə bağda keçirəcək.

Ad günü ərəfəsində R.İsmayılova yeni fotosessiya etdirib. Moskvada lentə alınan şəkillərdə Rəqsanənin imici üzərində əcnəbi stilistlər çalışıb. Onun geyimlərinin müəllifi isə modelyer qızı Aysundur.

Qeyd edək ki, R.İsmayılova 1979-cu ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olub. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayıb. İfaçılığa Rusiyanın Moskva şəhərində başlayan Rəqsanə, daha sonra vətənə qayıdaraq sənətini Bakıda davam etdirib. “Bivəfa”, “O bilər, mən bilərəm”, “Mən səni görmək istəsəm hara gəlim?”, “Yuxumda”, “Payız” kimi mahnılar səsləndirib.

Rusiyada layihələr edən müğənni daha sonra qardaş ölkə Türkiyənin şou-biznesinə qatılıb. Türkiyənin tanınmış rejissoru Teoman Topçu ilə işbirliyi quran Rəqsanənin klipində “biscolata erkeyi” kimi tanınan ispan aktyor və model Karlos Martin rol alıb.

R.İsmayılova “Şəfa” stadionu və “Yaşıl teatr”da konsertlər verib. Sənətçi ATV kanalında yayımlanan "Göz önündə" verilişinin müəllifi və aparıcısı olub.

Ailəlidir, Aysun və Yağmur adlı 2 qız övladı var.