Elariz qızının boşanma xəbərindən danışdı

Elariz qızının boşanma xəbərindən danışdı
8775 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elariz Məmmədoğlu qızının boşanması ilə bağlı yayılan şayiələrə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “10-dan sonra” verilişində bunları deyib:

“Belə bir şey yoxdur. Mənim üç nəvəm var, xoşbəxt yaşayır. Qızımın ailəsinin videolarını da sosial şəbəkədə yayacam”.

E.Məmmədoğlu bir vaxtlar bizneslə məşğul olmasından danışıb:

“Elə insan var ki, biznesi əla alınır. Bəzilərində isə durğunluq yaşanır. Məndə orta vəziyyət idi. Əvvəl biznesim olub, amma orada itirdiyim vaxt ləzzət etmədi. Düşündüm ki, mənlik deyil. Həm kababxana, həm market işlədir, həm də müğənnilik edirdim”.