"Evlilik çox gözəldir, amma doğru adamla..." - boşanan müğənni

"Evlilik çox gözəldir, amma doğru adamla..." - boşanan müğənni
2988 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçən ay həmkarı Yavuz Bingöllə boşanan müğənni Öykü Gürman bitən evliliyi haqqında danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Barselona tətilindən Türkiyəyə qayıdan ifaçı "Renkli sayfalar" proqramına açıqlama verib:

"Çox yorulmuşam. Bu həyatda hər şey təcrübədir. Evlilik çətin bir şeydir, məsuliyyət tələb edir. Məncə, evlilik çox gözəldir, amma doğru adamla qura bilsəniz".

Yeni bir münasibət və uşaq sahibi olmaq istədiyini deyən Gürman Yavuzun ondan sonrakı həyatına təsiri haqda belə deyib:

"Mənim yerimi heç kim doldura bilməz... Mən çox zəhmət çəkdim. Düzdür, Yavuz da zəhmət çəkib... Peşman deyiləm".