Namiqdən bənzərinə ismarış

Namiqdən bənzərinə ismarış
10234 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu ona bənzərliyi ilə tanınan Elman Məmmədova xəbərdarlıq edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “10-dan sonra” verilişində bunları deyib:

“Allah ruzisini bol etsin, onun mənə oxşaması və toylara getməsi məni narahat etmir. Bu cür halların əleyhinə deyiləm, olsun. Amma bəzi məqamlar var ki, orada diqqətli olmaq lazımdır. Mənim adımdan kiminləsə danışmasın.

Almaniyada olanda bir tanışım mənə yazdı ki, hardasan? Deyirəm, Almaniyada. Qayıtdı ki, bir xanım sənə bənzəyən oğlanla danışır. O da özünü Namiq kimi qələmə verib. Mənim adımdan girib harasa şərhlər yazırlar. Bunları etməsinlər”.