28 yaşlı qıza bəysiz toy etdilər - fotolar

28 yaşlı qıza bəysiz toy etdilər - fotolar
6234 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan 28 yaşlı, daun sindromlu Yasemin Erarslan uzun müddətdir arzuladığı toyunu edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ailəsi gənc qızın xəyalını gerçəkləşdirmək üçün bəysiz, formal toy edib, xına mərasimi keçirib.

Kiçik yaşlarından gəlin olmağı arzulayan Yasemin toyda ilk rəqsini atası ilə edib. Daha sonra toy tortunu kəsən gəlin dostları və yaxınları ilə doyunca əylənib. O, mikrofonu əlinə alaraq gələn hər kəsə təşəkkürünü bildirib. Yaseminin anası fikirlərini bölüşərək deyib:

"Qızım hər dəfə gəlinlərə baxanda çox kədərlənirdim. Dedim ki, niyə də olmasın? Qızımızın arzusunun həyata keçirmək istədim. Onun tək istəyi bu idi".