Bal və sarımsağın faydası

Bal və sarımsağın faydası
6577 dəfə oxunub
  • A-
  • A
  • A+
Sarımsaq və bal təbii müalicə üçün vacib qida hesab edilir. Bal və sarımsağın qarışığı isə bir çox xəstəliyin sağalmasında zəruridir.

Eyni zamanda xolesterinin səviyyəsini aşağı salmağa və immunitet sistemini gücləndirməyə yarayan bal və sarımsaq qarışığı, zəifləyən gözləri də canlandırır. İnsanın yaşına görə, yaxud genetik və ekoloji amillər səbəbindən gözlərin görmə qabiliyyəti aşağı düşür.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər bu problemdən təbii yolla xilas olmağı tövsiyə edir.
 
İçlik: 3 diş sarımsaq, 10 xörək qaşığı bal, 200 q. kətan toxumu yağı, 4 limon.
 
Hazırlanması: Sarımsağı incə soyun, daha sonra limonu soyub doğrayın. Sonra sarımsaq, bal və kətan toxumunun yağını əlavə edin. Taxta qaşıqla yaxşıca qarışdırın. Şüşə bankada soyuducuda saxlayın. Yeməkdən öncə, gündə 3 dəfə 1 qaşıq qəbul edin.