Facebookun yaradıcısı 30 milyonluq evləri sökdürür

Facebookun yaradıcısı 30 milyonluq evləri sökdürür
4673 dəfə oxunub
  • A-
  • A
  • A+

 Facebookun yaradıcısı Mark Zukerberq Kaliforniyadakı evinin mənzərəsini bağlayan 30 milyon dollar dəyərində 4 evin sökülməsi üçün hərəkətə keçib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Zukerberq 30 milyon ödəyib aldığı evlərin gələcək taleyi ilə bağlı planını müvafiq quruma təqdim edib. Milyarder iki ədəd birmərtəbəli və iki ədəd iki mərtəbəli evlərinin dağıdılaraq, yerində daha kiçik ölçülərdə tikilinin inşa edilməsini istəyib. Yeni tikiləcək evlərin mövcud evlərdən 20 faiz daha az yer tutacağı bildirilib.

32 yaşlı milyarder yeni evləri özünün istifadə edəcəyi, yaxud icarəyə verəcəyi barədə hələlik açıqlama verməyib.