“Qu gölü” növbəti dəfə səhnədə

“Qu gölü” növbəti dəfə səhnədə
335 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində klassik balet sənətinin ən dəyərli nümunələrindən olan P.Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tamaşada teatrın balet truppasının artistləri ilə yanaşı, Ukrayna Milli Operasının aparıcı solistləri – Ukraynanın Əməkdar artistləri Tatyana Lyozova və Sergey Sidorski də birlikdə çıxış edəcək.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.