Respublika gününə həsr olunmuş konsert keçiriləcək

Respublika gününə həsr olunmuş konsert keçiriləcək
423 dəfə oxunub
  • A-
  • A
  • A+
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 28 may Respublika gününə həsr olunmuş konsert keçiriləcək.

Bu barədə Axşam.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, may ayının 27-də yəşkil olunacaq konserti saat 19:00-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbi təşkil edib.

Konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə baş dirijor, xalq artisti Rauf Abdullayevin rəhbərliyilə baş tutacaq.

Konsertdə məktəbin şagirdlərinin ifasında Niyazi, H.Rzayev, V.Adıgözəlov, M.Maqomayev, F.Doppler, F.Kreysler, F.Mendelson, A.Prior kimi bir çox Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.