“Eurovision 2014” yarışmasının təmsilçisi Dilarə Kazımova türkiyəli həyat yoldaşı Mərt Aslanla boşanması ilə bağlı sualları cavablandırıb.
Axşam.az-a açıqlama verən müğənni şəxsi həyatı ilə bağlı heç vaxt danışmayacağını bildirib:
“Şəxsi həyatla bağlı danışmağı sevmirəm, bunu müzakirə etmək istəmirəm. Amma istəmədiyim halda şəxsi həyatım gündəmə gəldi. Bunla bağlı suallara cavab verməyəcəm. Şəxsi həyat şəxsi olaraq qalsın. Mən heç vaxt bu barədə danışmamışam. Qoy cavab verməməyim insanların beynində şübhə yaratsın. Mənim üçün vacib deyil.
Özümü həmişə sənətə və musiqiyə vermişəm. İnsanlar mahnılarımı sevib, dinləsinlər. Mənim həyatımla maraqlanmasınlar. İnsan danışmağı və danışmamağı özü seçir. Mən istəmədiyim üçün nə qədər sual versələr də, cavablandırmayacam”.
Qeyd edək ki, D.Kazımovanın hazırda keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsi olmadığı deyilir. Cütlük qalmaqallı şəkildə ayrılıb.
Foto: Ramin ASLANOV