Nazirə mükafat təqdim edildi - fotolar

Nazirə mükafat təqdim edildi -  fotolar
1076 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2016” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “The Business Year-Azerbaijan 2016” nəşrinə həsr olunan videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Business Year” nəşrinin artıq altıncı ildir Azərbaycanın müasir inkişafını bütün sahələrdə dərindən təhlil edərək onun salnaməsini yaratması, dünyanın biznes və işgüzar dairələrinə təqdim etməsi baxımından fəaliyyətini yüksək qiymətləndirib. Əli Həsənov “The Business Year” nəşrinin Azərbaycanın əldə etdiyi bütün bu uğurları dərindən təhlil edərək həmin nailiyyətlərin əsasında Prezident İlham Əliyevi “Dünyada ilin adamı” seçdiyini bildirib.

Tədbirdə mükafatlandırma mərasimi olub. Qeyd edilib ki, “The Business Year” nəşri müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslər, kommersiya və qeyri-hökumət strukturları üçün dünyada “İlin birincisi” mükafatını təsis edib.

Göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək “The Business Year” şirkəti İlham Əliyevi “2015-ci ildə dünyada ilin adamı” seçib.

Sonra nəşrin ekspertlərinin Azərbaycanda müxtəlif sahələr üzrə seçdikləri bir sıra şəxslərə “İlin birincisi” mükafatları təqdim olunub.

Azərbaycanda turizmin inkişafına görə “İlin ən dinamik sektorunun rəhbəri” mükafatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edilib.