Aktrisanın küsülü olduğu anası öldü

Aktrisanın küsülü olduğu anası öldü
2076 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Cennifer Enistonun anası Nensi Dou 79 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, kədərli xəbəri aktrisa öz İnstaqram profilində paylaşıb:

"Mən və qardaşım Con kədərlə bildiririk ki, anamız dünyasını dəyişdi... Onun son günləri doğmaları və yaxınlarının əhatəsində, çox sakit şəkildə keçdi. O, uzun müddət idi ki, xəstəliklə mübarizə aparırdı. Hər kəsdən şəxsi həyatımıza hörmət etməsini xahiş edirik. Biz indi itkiyə kədərlənirik".

Qeyd edək ki, N.Dou bir neçə gün əvvəl təcili şəkildə xəstəxanaya aparılıb. Qonşuların sözlərinə görə, o, çox tənha həyat tərzi keçirir, heç kimlə ünsiyyət qurmurmuş. Keçmiş model olan Nensi kitabında qızının həyatına geniş yer ayırdığı üçün Cennifer ondna küsmüş və son ana qədər bağışlamayacağını demişdi.