Dilarə Kazımovanın təqdimatına kimlər gəldi? - fotolar

Dilarə Kazımovanın təqdimatına kimlər gəldi? -  fotolar
1804 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Dilarə Kazımova “Running” albomunu və “Dream” mahnısına çəkdirdiyi klipinə təqdimat edib.

Axşam.az-ın məlumatına görə,  “Dream”in sözləri və musiqisi Rozhen Anusiyə məxsusdur.

Yeni işindən danışan ifaçı gec-gec mahnılar təqdim etməsinin səbəbini açıqlayıb:

“İl yarımdır bu günü gözləyirəm. “Running” işıq üzü gördü, klip də çəkdik. Gözlədik digər mahnılar hazır olsun ki, təqdimat edək. Hazırki klipim “Dream” mahnısına çəkilib. Ekran işində tək çəkilmişəm. Xəyal quran hər kəs burada özünü tapacaq.

Tez-tez mahnı təqdim etməyə tələsmirəm. Keyfiyətli iş uzun vaxt aparır”.

D.Kazımova yeni işini xaricdə də təqdim edəcəyini deyib:

“Bu albomla Avropaya çıxacam. Kiyevə bir festivala dəvət ediblər, orada Azərbaycanı təmsil edəcəm. Orada ingilis dilində, Azərbaycan boğazları və alətləri olan mahnı oxuyacam”.

Foto: Ramin ASLANOV