"Səmranın nə mahnısını, nə də şousunu bəyəndim"

"Səmranın nə mahnısını, nə də şousunu bəyəndim"
2357 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Gövhər Həsənzadə tələbəsi, müğənni Samir Cavadzadənin “Gövhər xanım İnqridlə məşğuldur. Bizi neyləyir” şikayətinə cavab verib.

Axşam.az-a açıqlama verən bəstəkar ifaçıya yeni mahnı təqdim etdiyini bildirib:

“Adamın özününkü şikayət edir. Studiyamdan mahnı oğurlayıb. Samir elə bir ifaçıdır ki, nə oxusa bəyənəcəm. Bilirəm ki, o mahnını elə formada gətirəcək ki, öz yazdığımdan gözəl olacaq. Mənim yaradıcılığımı başqa bir yönə aparır. İndi Samir özü çalışmaq istəyir. Mən də ondan illərdi bunu gözləyirəm. İnşallah tezliklə mahnını gözəl formada təqdim edəcək”.

G.Həsənzadə ölkəmizi bu il “Eurovision”da təmsil edən Səmra Rəhimlinin çıxışını bəyənmədiyini etiraf edib:

“Nə mahnısını, nə də şousunu bəyəndim. Bəlkə mənim zövqüm dəyişib. Daha peşəkar, fərqli nəsə görmək istəyərdim. Avstraliya, Rusiya daha ciddi yanaşmışdı. Qalanları ora sadəcə, çıxış xatirinə gəlmişdilər”.

Bəstəkar “Bəlkə, yenidən Samir Cavadzadə yarışmaya göndərilsin” sualına belə cavab verib:

“Samirin belə istəyi olduğunu eşitməmişəm. Məsləhət bilinsə, gedib layiqli təmsil edər. Azərbaycanda stil, bəstəkar, aranjiman, baxımından lazımından artıq potensial var. Bir il ərzində peşəkar birini hazırlayıb təqdim edə bilərəm. Peşəkarlar baxıb görsün ki, “Eurovision”da qalib olanların heç birindən geri qalmırıq”.