Leyla Quliyeva və rejissor həyat yoldaşı - foto

Leyla Quliyeva və rejissor həyat yoldaşı -  foto
15941 dəfə oxunub
  • A-
  • A
  • A+
“Sevinirəm ki, paytaxtımızda mədəniyyətlə bağlı tədbirlər çoxdur. Mən də belə mərasimlərə tez-tez qatılılıram”.

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Leyla Quliyeva deyib. Aparıcı yay istirahətindən söz açıb.
O, işinin çoxluğundan istirahətə çox vaxt ayıra bilməməkdən şikayətlənib: 

“Hər il düşünürəm ki, istirahətə gedəcəm. Amma televiziyaya gəldiyim on il ərzində istirahət götürüb, heç yerə getməmişəm. Mənim dincəlməyim övladlarımla vaxt keçirməkdir. Mən də aktiv insanam, tədbirlərə qatılıram. Gedib 1 ay haradasa qalmaq imkanım olmur. Qarşıdan gələn 3 ay yayı da məşğulam, artıq planım indidən qurulub. İşdən aldığım zövq istirahəti əvəzləyir.

Mən təbiəti vəhşi, əlçatmaz olan yerləri xoşlayıram. Onların mətbəxini görmək istəyərdim”.

L.Quliyeva formada qalma sirrlərini açıqlayıb:

“Mənim üçün hazırkı formam ideal çəki deyil. İnsan müəyyən yaşdan sonra özünə fikir verməlidir. Qadın yaş artdıqca çəkini gec atır. İndi axşam yeməklərini, qida uyğunsuzluğunu nəzərə alıram. Kamera insanı 6 kiloqram kök göstərir. Özümü güzgüdə bəyənməyi xoşlayıram. Çalışıram formamı qoruyub saxlayım. Çox dietoloqlarla işləmişəm. İnsanın ən yaxşı dietoloqu özüdür. Bilməlisən ki, hansı yemək sənə ziyandır. Mən bilirəm nəyi səhv edirəm. Hərdən xəmir xörəkləri yemək istəyirəm. Amma qarşıma məqsəd qoyanda, onu mütləq edirəm”.

Fəaliyyətindən söz açan aparıcı elmi iş müdafiə edəcəyini söyləyib:

“Yeni layihə planlaşdırmıram. Daha çox tədbirlərdə aktivəm. İllərdir telekanalla bağlı arzusunda olanduğum layihə var. Hələ ki, özüm üçün bunun üstündə düşünürəm. İndi özümdə potensialı, gücü və həvəsi görürəm. Qarşıdan gələn 2-3 ili elmi iş müdafiə edəcəm. Bizim dünya miqyasında elmi araşdırmamız yoxdur. Biz muğamın tarixini özümüz deyib, özümüz eşidirik. Dünyanın danışdığı dildə həqiqətlərimizi əks etdirmirik. Mənim layihəm də Azərbaycan dilində olmayacaq. İngilis və rus dilində edəcəm. Bu mübahisələr doğura bilər. Amma bunu vətənim üçün edəcəm. Bu iş mənim bəlkə 4 ilimi alacaq. Lazım gəlsə, okeanın o tayına üz tutacam. Yerli, rus, əcnəbi alimlərdən kömək istəyəcəm”.

Qeyd dək ki, L.Quliyeva rejissor həyat yoldaşı Abbas Quliyevlə fotokameramız qarşısına keçərək, şəkil də çəkdirib.

Foto: Ramin ASLANOV