Heç kim zarafatı başa düşmədi və... - fotolar

Heç kim zarafatı başa düşmədi və... - fotolar
11345 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın San-Fransisko şəhərində yaşanan bir hadisə sosial medianın əsas gülüş obyekti olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, iki gənc Müasir Sənət Muzeyində insanların reaksiyasını öyrənmək üçün yerə bir eynək qoyublar. Qalereyaya gələn ziyarətçilər yerə qoyulmuş eynəyin sərgiyə aid olduğunu hesab edərək onun ətrafına yığışmağa, fotolarını çəkməyə başlayıblar. Onlar bunun müasir sənət nümunəsi olduğunu zənn ediblər.

Gənclərdən biri ziyarətçilərin reaksiyalarını çəkərək Tvitterdə paylaşıb. Zarafat qısa müddətdə 40 mindən çox paylaşılıb. Zarafatı edən gənclərdən biri "işin ən gülməli tərəfi heç bir şey olmamış kimi eynəyi gedib yerdən götürmək idi" deyib.