Hollivud ulduzunun bu halı görənləri kədərləndirdi - fotolar

Hollivud ulduzunun bu halı görənləri kədərləndirdi - fotolar
11127 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun məşhur ulduzu Demi Mur "Vogue" jurnalının tədbirlərindən birinə qatılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı Murun son halı görənləri kədərləndirib. Yarı transparan geyimi ilə fotoqraflara poz verən aktrisanın gecə boyu tez-tez eynəkdən istifadə etməsi, həddindən artıq zəifləməsi və yanaqlarının çökməsi diqqətdən yayınmayıb. Bəziləri onun bu görüntüsünü gəncliyindən bəri etdirdiyi estetik əməliyyatlarla, bəziləri də həddindən artıq çəki verməsi ilə əlaqələndirib.

Qeyd edək ki, Demi Mur sadəcə üzündə deyil, sinəsinə və diz qapaqlarında etdirdiyi estetik əməliyyatlarla da gündəmə gəlib. Özündən yaşca gənc olan həyat yoldaşı Aşton Kutknerdən xəyanət üstündə ayrılan aktrisanın depressiyada olduğu da deyilir.