Azərbaycanda yazın ən dəbli hadisəsi bitdi - fotolar

Azərbaycanda yazın ən dəbli hadisəsi bitdi - fotolar
2045 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün yazın ən dəbli hadisəsi – “Azerbaijan Fashion Week”in bağlanış mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, moda həftəsində LIBAS (Azərbaycan), ALLA Couture (Rusiya), SS by Sergey Shabunin (Qazaxıstan) və JITROIS (Fransa) brendlərinin, eləcə də Qazaxıstan dizaynerləri Alex Chzhen, Khafiz Khan, Lamanukaeva, Zherebtsov, Eliz, gürcü brendləri Salle De Mode, Jgenti, Tiko Nebieridze və Ukraynadan Anzhella Bezroda və Snezhanna Gorobets moda evlərinin kolleksiyaları nümayiş olunub.

Azərbaycanı Nargiz Şahbazi, K Fabuel, SH Couture və Fidan Osman təmsil edib. 

Xatırladaq ki, tədbir Nazirliyinin mədəniyyət və turizm sahəsində dəstəyi, eləcə də Fransa Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilib.

Qeyd edək ki, Azerbaijan Fashion Week ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlərinin iştirakı ilə 40-a yaxın nümayiş keçirilmişdi.

FOTO: Ramin Aslanov