Səbinə: "Övladımı dayəyə etibar etmirəm" - fotolar

Səbinə: "Övladımı dayəyə etibar etmirəm" -  fotolar
4338 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xüsusi pəhrizim yoxdur. Övladımın dünyaya gəlməsindən 4 ay keçib. Öz-özümə çəki atmışam. Dadlı yeməklər bişirməyi sevirəm, onları ləzzətlə də yeyirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Səbinə Babayeva deyib. İfaçı övladını dayəyə etibar etməməsindən danışıb:

“Uşağı saxlamaqda anam kömək edir. Hamı soruşur ki, necə çatdırırsan? Elə olur ki, iki-üç gün dalbadal çəkilişə gedirəm. Amma evə gələn kimi oğlumla vaxt keçirməyə başlayıram, parka aparıram. Çalışıram ki, həmişə onun yanında olum. Dayəyə etibar etmirəm, çox balacadır. Həyat yoldaşım, mən və anam bəs edirik".

S.Babayeva bəstəkarlıq fəaliyyətindən söz açıb:

“Özümə böyük bəstəkar demirəm. Sadəcə, nəsə yazıram, maraqlı alınır. Hazırda Faiq Ağayev bir mahnımı oxuyacaq. Növbəti mahnımı isə Natavan Həbibiyə verməyi düşünürəm. Onun ifasını sevirəm. Təqdim edəcəm, bəyənsə, oxuyar”.

Foto: Ramin ASLANOV