Tanınmış müğənni ayaqlarını sıgortalatdı

Tanınmış müğənni ayaqlarını sıgortalatdı
9637 dəfə oxunub
  • A-
  • A
  • A+
“Hayat Başlasın” proqramında qonaq olan müğənni Linet sənəti və şəxsi həyatı ilə bağlı maraqlı açıqlama edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ayaqlarını sığortaladığını, amma səsi üçün güvənəcəyi sığorta şirkəti görmədiyini bildirib.

Linet uşaq sahibi olmaq istədiyini deyib:

"Uşağım olsa, hər saniyə yanımda olar. Mən səhnələrdə böyüdüm. Ailə həyatı qurandan sonra vəziyyət dəyişir. Hətta 3-4 dəfə ərə gedə bilərdim, amma risk etmədim. Qorxumdan ailə qura bilmirəm. Eşq insanı dəli edir. Lakin karyeram hər zaman öndədir. Hazırda  yaşadığım sevgisiz həyat məni narahat etmir. Qısqanc deyiləm. Bir qadının karyerası varsa, bu, türk kişisinə çətin gəlir. Hazırda işimlə məşğulam, necə olsa, məhəbbət də dalımca gəlir. 20 ildir ki, bu sənətdəyəm. İnanıram ki, qarşıma mənə dəyər verən insan çıxacaq”.