Turaldan yeni mahnı: "Müstəqil Azərbaycan"

Turaldan yeni mahnı: "Müstəqil Azərbaycan"
942 dəfə oxunub
  • A-
  • A
  • A+

Şair, bəstəkar Tural Bayraməliyev vətənpərvərliyi tərənnüm edən yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Axşam.az-ın məlumatına görə, söz və musiqisi müəllifə məxsus bəstə “Müstəqil Azərbaycan” adlanır. Əməkdar artist Mətanət İsgəndərlinin səsləndirdiyi mahnı 28 may Respublika Günü təqdim edilib:

"Mahnı türkiyəli musiqiçilərin müşayiəti ilə yazılıb. Aranjimanı İlkin Həsəniyə məxsusdur. Eyni gündə həm mahnının, həm klipin təqdimatını cox istəyirdik. Zamanımız buna yetmədi. Klip mini film şəklində nəzərdə tutulub və müstəqilliyimizdən, Qarabağımızdan bəhs edəcək” – deyə T.Bayraməliyev bildirib.

Mahnıda bütün bölgələrdən bəhs olunub:

Dalğalan göylərə üçrəngli bayraq,
Azadlıq timsalı bil, səninlədir.
Təbrizi, Göyçəni biz unutmayaq,
Könlüm Qarabağın həsrətindədir!


Müəllif “Vətənpərvər mahnılar” silsiləsindən  olan “Müstəqil Azərbaycan”ın klipinin dövlət bayramlarının birində təqdimata çıxarılacağını qeyd edib.

Tural Bayraməliyev: “Vətənimə bağlılığımı, məhəbbətimi yaradıcılığımda tərənnüm edirəm. Bunun davamı olaraq, yeni nəğməmin Qarabağın işğaldan azad olunmasına həsr ediləcəyinə inanıram. Torpaqlarımızın keşiyində durmağa və Ali Baş Komandanımızın əmrinə hər zaman hazıram”.