Tünzalə Ağayeva konsertində şəhidləri yad etdi - fotolar

Tünzalə Ağayeva konsertində şəhidləri yad etdi - fotolar
2768 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Ağayevanın "Yaşıl Teatr"dakı konsert proqramı baş tutub.

Axşam.az-ın məlumatına görə, müğənni əvvəl media nümayəndələri ilə görüşüb, fikirlərini bölüşüb:

"Həyəcan var, bunsuz olmaz. Konsertim yaddaşlarda uzun müddət qalacaq. Konsertin kassa tərəfini başqa şirkət yerinə yetirib. Ona görə də heç bir həmkarımı dəvət etməmişəm. geyimlərimin müəllifi Gülnarə Xəlilovadır".

Qonaqları salamlayan T.Ağayeva bir-birinin ardınca mahnılarını səsləndirib. Onu dinləməyə gələnlər arasında italyan müğənni İnqrid də yer alıb. Səhnəyə çıxan İnqrid T.Ağayevlə birlikdə "Sarı gəlin" oxuyub.

Müğənni səhnədə şəhidləri də xatırlayıb:

"Canınını vətən üçün fəda edən şəhidlərin xatirəsini yad edək. O fədakar əsgərlərimiz olmasa, biz salamat otura bilmərik. İnşallah, Qarabağımızda konsert verəcəyik".

Foto Ramin ASLANOV