Nur Yerlitaş əsəbiləşdi: "Cəhənnəmdə yansınlar"

Nur Yerlitaş əsəbiləşdi: "Cəhənnəmdə yansınlar"
3492 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer Nur Yerlitaşın qatıldığı bir gecədə əylənərkən görüntülənməsi sosial mediada etiraza səbəb olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə həftə əvvəl yaxın rəfiqəsi, aktrisa Oya Aydoğanın vəfatını əsas gətirən izləyicilər onu rəfiqəsini unutmaqda günahlandırıblar.

N.Yerlitaş tənqidlərə "Renkli sayfalar" proqramında cavab verib:

"İnstaqramda nə qoysam, tənqid edirlər. Belə adamları başa düşmürəm. Kədər insanın daxilində yaşanır. Həyata peşəkar şəkildə baxıram. Oyanın dəfnində heç şou düzəltmədim, tabutun üstünə sarılmadım. Halım pisləşdi, xəstəxanada yatdım, heç kimin xəbəri olmadı. Həyat davam edir. Mənə təhqirlər yazırlar. O, pis qəlbli insanlar cəhənnəmdə yansınlar".